İŞİD-dən Suriyaya böyük zərbə
Bizi izləyin

Dünya

İŞİD-dən Suriyaya böyük zərbə

Terror təşkilatı İraq və Şam İslam Dövləti (IŞİD) Suriyanın Hələb şəhərinin Ahtar qəsəbəsində nəzarəti ələ alıb.

Publika.az-ın "TRT Haber"-ə istinadən məlumatına görə, bu ərazilər indiyə kimi silahlı müxalifətin əlində olub. İŞİD Ahtar qəsəbəsinin Türkmen Barih, Hoz və Mesudiyə kəndlərinin nəzarətini Bəşər Əsəd rejiminə müxalif olan qüvvələrdən geri alıb. Hələb yaxınlığında İŞİD-lə silahlı müxalifət arasında şiddətli döyüşlər getdiyi bildirilir.

Suriya müxalifətindən verilən açıqlamada bildirilir ki, İŞİD bölgəyə hücumlarını intensivləşdirib və Hələb yaxınlığına böyük qüvvə cəmləşdirməkdədir. Müxalifətin nəzarəti altında bir neçə yaşayış bölgəsi isə mühasirəyə alınıb.

Tərəflər verdikləri itkilər barədə hər hansı bir açıqlama verilməyib.

Bu arada məlum olub ki, İŞİD Suriyanın şimalında yerləşən Haseki vilayətini ələ keçirməyə hazırlaşır. İŞİD ağır silahlarla Rakka şəhərinə hücum edib. Həmçinin Bəşər Əsəd qüvvələrinin nəzarəti altında olan Tabka Hərbi hava Qüvvələrinin qərargahına da İŞİD tərəfindən hücumlar olunub.

Bütün bunlar isə onu deməyə əsas verir ki, İŞİD daha böyük əraziləri nəzarəti altına almaq üçün Suriya ordusu və silahlı müxalifəti qarşısına almaqdan çəkinmir. Özünü Suriya ərazisində ən güclü qüvvə olaraq görür.

Siyasi şərhçilər isə bu fikirdədir ki, İŞİD-in Bəşər Əsəd rejiminə müxalif ollan qüvvələrə qarşı hücumları Suriyada daxili müharibəni daha da şiddətləndirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm