Boris Nemtsov: “Gömrük Şurasını Putinin özü dağıdacaq”
Bizi izləyin

Dünya

Boris Nemtsov: “Gömrük Şurasını Putinin özü dağıdacaq”

Gömrük Şurasını Rusiya prezidenti Vladimir Putinin özü dağıdacaq.

Publika.az-ın verdiyi xəbərə görə, bu iddia ilə Rusiyanın baş nazirin keçmiş müavini, Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov “facebook” səhifəsində çıxış edib. Onun sözlərinə görə, Putinin Qərb ölkələrinə qarşı tətbir etdiyi ərzaq idxalı qadağası ilk növbədə Rusiya vətəndaşlarını vuracaq.

“Qərb ölkələrinin sanksiyaları əsasən oliqarxlar və məmurlara qarşı idisə, Putinin sanksiyaları Rusiya vətəndaşlarına qarşıdır. Qiymətlərin artması və məhsul keyfiyyətinin azalmasından məhz onlara zərər görəcək. Putin Qərbi cəzalandırmaq istəyir, amma heç nə alınmayacaq. Avropanın Rusiyaya ixrac etdiyi məhsulun həcmi Avropanın ümumi daxili məhsulunun 0.1 faizini təşkil edir. Deməli, Putinin sanksiyaları ölümcüm deyil”.

Rusiya müxalifətinin lideri Gömrük Şurasının dağılacağını proqnozlaşdırır: “Putinin sanksiyalarını Belarus və Qazaxıstan dəstəkləməyəcək. Və Gömrük Şurası fəaliyyətini dayandıracaq. Həmişəki kimi Çin, həmçinin İsrail və Latın Amerikası ölkələri udacaq. Uduzan isə rus xalqı olacaq. Milli maraqların müdafiəsindən danışırlar. Kimin milli maraqları? Çinin, İsrailin və Braziliyanın... Yalnız Rusiyanın deyil”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm