Donetskin mühasirəsi daralır
Bizi izləyin

Dünya

Donetskin mühasirəsi daralır

Ukrayna hərbçiləri Rusiyadan silah və muzdluların çatdırılmasının qarşısını alıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, antiterror gücləri Donetsk şəhəri ətrafında terrorçulara qarşı hücumlarını davam etdirir. A.Lısenko şəhərin mühasirəsini daraltmağa və terrorçuların bu vaxta kimi istifadə etdiyi yolları kəsməyə müvəffəq olduqlarını deyib.

A.Lısenko Şaxtyorsk rayonun müdafiə edən terrorçularda silah və ərzaq çatışmazlığının olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm