Müharibə yenidən başlanır: Tanklar sərhədə doğru irəlilədi
Bizi izləyin

Dünya

Müharibə yenidən başlanır: Tanklar sərhədə doğru irəlilədi

İsrailin Həmasla əldə etdiyi atəşkəs razılaşması bu gecə başa çatır. İsrail ordusu isə hazırlıq vəziyyətinə gətirilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun sözçüsü Peter Lerner “twetter” səhifəsində bildirib.

İsrail mətbuatı da atəşkəs müddətinin başa çatmasına saatlar qala orduda hərəkətliliyin yaşandığını xəbər verib. Məlumata görə, quru qoşunları Qəzza ilə sərhədə istiqamət alıb.

“Haaretz” qəzeti isə ehtiyatda olan hərbçilərin səfərbərliyə alındığını yazıb.

Qeyd edək ki, İsrail və Həmas arasında 72 saatlıq atəşkəs razılaşması Misirin vasitəçiliyi ilə 11 avqust gecəsi əldə olunmuşdu. Misir bu gecə başa çatacaq atəşkəs müddətinin daha 72 saat uzadılmasını istəmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm