İsrailə qarşı kütləvi etiraz aksiyası
Bizi izləyin

Dünya

İsrailə qarşı kütləvi etiraz aksiyası

Qəzzada 72 saatlıq atəşkəs davam etdiyi bir vaxtda, minlərlə insan Xan Yunis rayonunun küçələrində İsrailə qarşı kütləvi etiraz aksiyası keçirib.

ANS TV-nin məlumatına görə, fələstinlilər bir araya gəlməklə bu qədər dağıntı və itkilərə baxmayaraq müqavimət göstərilməsini tələb edirlər. İndiyədək 2000-dək fələstinlinli öldürülüb. İsrail tərəfi isə 67 nəfər itki verib.

Misirin paytaxtı Qahirədə İsrail nümayəndələri ilə Fələstinin “Həmas” qruplaşmasının nümayəndələri arasında danışıqlar davam etdirilir. Görüş Qəzza zolağında artıq bir aydan çoxdur davam edən münaqişənin uzunmüddətli həll yolunun tapılmasına istiqamətlənib. Danışıqların gərgin keçdiyi deyilir.

“Həmas” İsraildən Qəzza zolağının 2006-cı ildən bəri davam edən blokadadan çıxarılmasını tələb edir. İsrail isə “Həmas” qruplaşmasının tərkisilah olunmasından israrlıdır.

Qahirədə analoji görüş ötən həftənin cümə günü uğursuzluqla nəticələnmişdi. Buna “Həmas” döyüşçüləri İsrailə raket zərbələrini davam etdirməsi səbəb olmuşdu. Qəzza zolağında tərəflər arasında 72-saatlıq humanitar atəşkəs isə bu gün yerli vaxtla gecə saat 12:00-da başa çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm