ŞOK: ata uşaqlarını İŞİD-ə bağışladı (FOTO)
Bizi izləyin

Dünya

ŞOK: ata uşaqlarını İŞİD-ə bağışladı (FOTO)

Səudiyyə Ərəbistanı hökuməti Türkiyəyə iki azyaşlı uşağın itməsi barədə məlumat verib.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanında yaşayan Nasər əl-Şayəq adlı ərəb 10 yaşlı Abdulla və 11 yaşlı Əhməd adlı övladlarını canlı bomba olmaq üçün İraq Şam İslam Dövləti ( İŞİD) terror qruplaşmasına bağışlayıb. Bu barədə “Əl-Həyat” qəzeti xəbər yayıb.

Xəbərdə bildirilir ki, Nasər adlı ərəb həyat yoldaşına övladlarını Türkiyəyə tətilə aparmaq adı ilə evdən çıxıb. Daha sonra isə o “Instagram” hesabında övladları ilə Türkiyədən fotoşəklini paylaşaraq, “Uşaqlarım Allah yolunda şəhid olmaq üçün gəldi” yazıb.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Türkiyə və Səudiyyə Ərəbistanı hökumətləri arasında axtarış və təhlükəsizlik tədbirləri görülməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm