Ağ Ev Malikiyə təpindi
Bizi izləyin

Dünya

Ağ Ev Malikiyə təpindi

ABŞ rəhbərliyi İraqın Baş naziri Malikinin yeni hökumət qurma prosesinin irəliləməsinə icazə verməli olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçi Köməkçisi Men Rodes, jurnalistlərə verdiyi açıqlamada, Ağ Evin Heydər əl-Abadinin baş nazirliyində yeni bir hökumətin yaradıldığını görməkdən çox məmnun olacaqlarını bildirib.

"Baş nazir Maliki və bütün İraqlı liderlərə mesajımız budur ki, yeni hökümətin qurulması prosesinə hörmət göstərməli və davam etməsinə icazə verməlidirlər" - deyə Rodes sözlərinə əlavə edib.

Rodes həmçinin, əl-Abadinin baş nazirliyində yeni bir hökumətin yaradıldılmasını ölkənin birləşməsi üçün lazımlı olduğuna inandığını söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm