Ruhani alim Məryəm Mirzəxanini belə təbrik etdi
Bizi izləyin

Dünya

Ruhani alim Məryəm Mirzəxanini belə təbrik etdi

ABŞ-da işləyən iranlı professor, doktor Məryəm Mirzəxani riyaziyyat dünyasının ən prestijli mükafatı olan Fiedels medalını qazanan ilk qadın olub.

Axar.az xəbər verir ki, professor qadını təbrik edənlər arasında İran prezidenti Həsən Ruhani də var.

O iranlı qadını Tvitter sosial şəbəkəsi vasitəsi ilə təbrik edib. Fiedels medalı qazanan ilk qadın olan və iranlıları həddindən artıq qürurlandıran Məryəm Mirzəxaniyə təbriklər, deyə yazdığı tvitdə Ruhani professor qadının həm başıaçıq, həm də başıbağlı fotolarını paylaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm