BMT yeni baş naziri dəstəklədi
Bizi izləyin

Dünya

BMT yeni baş naziri dəstəklədi

BMT Təhlükəsizlik Şurası Heydər əl-Abadinin İraqın Baş naziri təyin olunmasını dəstəkləyərək, tez bir zamanda yeni hökuməti formalaşdırmağa çağırıb.

Publika.az-ın məlumatına görə, bu barədə təşkilatın rəsmi açıqlamasında qeyd edilib.

Məlumatda qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası " İraqda Heydər əl-Abadi Baş nazir təyin olunmasını cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin daxil olduğu bir hökumətin yaradılması yönündə mühüm addım” kimi dəyərləndirərək, əl-Abadini “tezliklə hökuməti qurmağa" çağırıb.

Qeyd edək ki, keçən bazar ertəsi İraq prezidenti ölkə parlamentinin böyük şiə birləşməsi olan “Milli Alyans" da Heydər əl-Abadi ətrafında yeni hökümətin qurulması təlimatını verib. Lakin fəaliyyətdə olan baş-nazir Nuri əl-Maliki qərarla razılaşmayaraq, məhkəmə yolu ilə məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib. Əl-Abadinin təyinatını artıq ABŞ, Aİ, İran, Səudiyyə Ərəbistanı və Ərəb Ölkələri Liqası dəstəkləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm