Rusiya xüsusi xidmət orqanları separatçıların komandirlərini məhv edəcək
Bizi izləyin

Dünya

Rusiya xüsusi xidmət orqanları separatçıların komandirlərini məhv edəcək

Dünəndən Ukrayna separatçılarının lideri İqor Strelkovun (Qirkin) ağır yaralanması haqda xəbərlər verilir.

Həm Ukrayna, həm də Rusiya mətbuatı hələlik bu informasiyanı dəqiqləşdirə bilməyib.

Publika.az xəbər verir ki, separatçıların liderlərindən olan Andrey Purgin bu xəbəri nə təsdiq, nə təzkib edə biləcəyini deyib: “Hələlik heç nə deyə bilmərəm. Mənim informasiyama görə, Strelkov özü Donetskdə deyil, Şaxtyorsk ətrafında idi. Həmin yerdə isə intensiv döyüşlər gedir”.

Separatçıların komandirlərindən olan Denis Pişulin isə eyham vurub ki, nəsə baş verəcəyi təqdirdə, İqor Strelkovu əvəz edənlər olacaq.

Ukraynalılar isə Rusiya xüsusi xidmət orqanlarının cızığından çıxan bəzi komandirlərin fiziki məhvinə başlayacaqları barədə məlumat yayıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm