İŞİD-in əlindəki bomba - Mosul Su Anbarı
Bizi izləyin

Dünya

İŞİD-in əlindəki bomba - Mosul Su Anbarı

"İraq Şam İslam Dövləti" (İŞİD) artıq bir neçə aydır ki, İraqın strateji obyektlərindən olan su hövzəsi və su elektrik stansiyasına nəzarət edir.

Teleqraf.com xəbər verir ki, Mosulda Dəclə çayı və onun üzərində qurulan SES Şimali İraqın böyük hissəsinin su və elektrikə olan təlabatını ödəyir.

Rəsmi məlumata görə, İŞİD-in əlində olan SES 1010 MQB elektrik hasil edir. Su anbarı İraqın təxminən 40-45 faizinin içməli su və əkinçilik üçün ehtiyaclarını təmin edir.

1980-ci ildə qurulan su anbarı nə qədər əhəmiyyətli olsa da, bir o qədər təhlükə mənbəyi kimi narahatlıq doğurub. ABŞ İraqı işğal edəndən sonra Mosul Su Anbarının təmiri üçün 30 milyon dollar ayırıb. Amerikalı hərbçilər bildirirlər ki, anbarən özülü getdikə çürüyür. Fundamenti zəif olduğu üçün burada hər an xoşagəlməz hadisə baş verə bilər.

Anbar partlayarsa Mosul başda olmaqla Bağdada qədər Dəclə boyu ərazilər su altında qala bilər. İraqlı hidroloq Azzam Alvash "Vall Street Journal"a açıqlamasında Mosul Su Anbarını "hər an partlaya biləcək bomba" adlandırıb. İŞİD-in su anbarından hərbi məqsdələri üçün istifadə etməsi ehtimalı yüksəkdir. Radikal silahlılar İraqın Qərbindəki Fəlluc su anbarını da ələ keçirib.

İŞİD ölkənin ikinci böyük su anbarı olan "Hadisə"ni ələ keçirmək istəsə də, İraq ordusu oradakı mövqelərini qoruyub saxlaya bilib. Hadisə su anbarı və SES-i İraqın su və elektrikə olan təlabatının 30 faizini ödəyir. Qeyd edək ki, İŞİD Fəllucdakı su anbarını ələ keçirəndən sonra anbardan şəhərlərə gedən kanalları bağlayıb. Nəticədə şəhər və qəsəbələrin rəhbərləri İŞİD-ə "biət" etməli olublar.

Əgər İŞİD buranı da ələ keçirsə, o zaman İraq xalqı və hökuməti yaraqlılardan tam asılı vəziyyətə düşə bilər.

Təşkilat Mosul anbarı ilə yanaşı “Ain Zalah” neftayırma zavodunu da ələ keçirərək nəzarətində saxladığı zavodların sayını 5-ə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm