“Atamın kəsik başını "Facebook"da gördüm…”
Bizi izləyin

Dünya

“Atamın kəsik başını "Facebook"da gördüm…”

İŞİD bəlası yalnız İraqı deyil, bütün Şərqi təhdid edir. Tutduqları ərazilərdə orta əsr şəriət qanunlarını tətbiq edən terror təşkilatı, burada yaşayan bütün xalqlara qarşı soyqırım törədir. Terrorçuların zülmündən qaçan toplumlardan biri də yezidilərdir.

Teleqraf.com xəbər verir ki, Türkiyə sərhədlərində 90-ci illərdə boşalmış kəndlərə yerləşdirilən minlərcə yezidinin həyat dramı insanı dəhşətə gətirir. İŞİD tərəfindən qətl edilən insanların faciəsi dünyanın gözü qarşısında baş verir…

Doğma yurd-yuvasından qaçmağa məcbur olanlarda biri də Halef Nurodur. Onun dedikləri insanın ürəyini dağlayır: “İŞİD gələndə biz qaçdıq. Amma ailə üzvlərindən orda qalanlar oldu. Türkiyəyə gələndən 8 gün sonra facebook-da atamın meyitinin şəklini gördüm. Başı kəsilmişdi. Buna necə tab gətirim? Bütün insanlığa üzümü tuturam - buna necə dözmək olar?

Üstəlik, nə anamdan, nə bacımdan, nə də 5 uşağımdan xəbər yoxdur…”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm