Şərqi Yerusəlimdə iğtişaşlar dalğası
Bizi izləyin

Dünya

Şərqi Yerusəlimdə iğtişaşlar dalğası

Şərqi Yerusəlimdə dünən gecədən başlayan iğtişaşlar davam edir.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, polis və sərhəd xidmətinin xüsusi təyinatlılarının birgə keçirdikləri əməliyyat nəticəsində 52 fələstinli həbs edilib.

Ümumilikdə isə iğtişaşlarda 601 şübhəli şəxs saxlanılıb. Onlardan 174 nəfəri həddi-buluğa çatmayanlardır.

190 nəfər barəsində cinayət işi qaldırılıb.

Xatırladaq ki, Məhəmməd Əbu Xdeyra adlı fələstinli gəncin öldürülməsindən sonra Şərqi Yerusəlimdə və İsrailin digər şəhərlərində ərəb kökənli vətəndaşlar etiraz aksiyası keçirir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm