Ukraynalı veteran: “Ayılın, ruslar, Putini saxlamaq zamanıdır”
Bizi izləyin

Dünya

Ukraynalı veteran: “Ayılın, ruslar, Putini saxlamaq zamanıdır”

Dünən Ukrayna Milli Qvardiyasının leytenantı İvan Qutnikov-Zalujnının dəfn mərasimi keçirilib.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, mərhum leytenant bazar günü baş verən döyüşdə qəhrəmanlıq göstərərək 50 əsgərin həyatını xilas edib. Bir qrup terrorçu milli qvardiyanın Donetsk vilayətindəki Ambrosiyevka kəndi yaxınlığındakı blokpostunu mühasirəyə almağa çalışıb. 24 yaşlı leytenant separatçıların hücumunu təkbaşına dəf edərək həlak olub.

Dəfn mərasimində leytenantın babası, İkinci Dünya müharibəsi veteranı İvan Zalujnıy çıxış edib: “Mən müharibədə hitlerçilərin gülləsindən ölmədim. Minlərlə ukraynalı kimi, Rusiyanın faşistlərdən azad olunmasında iştirak etdim. Amma indi onlar elə faşist kimi öz qonşularına, qardaşlarına güllə atırlar. İndi də nəvəmi öldürdülər. Bəsdir, ruslar, ayılın, Putini saxlamaq zamanıdır”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm