Separatçı komandir: “Ukraynanın parçalanmasına qarşıyıq”
Bizi izləyin

Dünya

Separatçı komandir: “Ukraynanın parçalanmasına qarşıyıq”

Separatçıların “Vostok” batalyonunun komandiri Aleksandr Xodorkovskiy Ukraynanın bütövlüyünü dəstəklədiyini söyləyib.

Publika.az “Ukrainskaya Pravda” qəzetinə istinadən xəbər verir ki, Xodorkovskiy Rusiyanın tanınmış siyasətçisi və təbliğatçısı Sergey Kuryaginin “Sut vremeni” verilişinə müsahibə verərkən bu haqda danışıb:

“Bizim batalyonun döyüşçüləri hələ Donetsk Xalq Respublikası yaranmamışdan Donbasda idi. Ancaq biz Ukraynanın parçalanmasını istəmirik. Əsla. Məqsədimiz hakimiyyətə rusiyapərəst hökumətin gəlməsi və Ukraynanın bütövlüyüdür”.

Qeyd edək ki, "Vostok” batalyonu İqor Qirkinə tabe olmur və əsasən keçmiş “Berkut” döyüşçülərindən təşkil olunub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm