Papanın “şərəfinə” üç raket – Şimali Koreya
Bizi izləyin

Dünya

Papanın “şərəfinə” üç raket – Şimali Koreya

Papanın Cənubi Koreya səfərindən məmnun olmayan Şimali Koreya səfərin başladığı gün okeana üç raket atıb.

Publika.az xəbər verir ki, Papa 25 ildən sonra ilk dəfə Cənubi Koreyaya səfər edib. Papa Françisin səfəri beş gün davam edəcək. Papanın səfərindən razı qalmayan Şimali Koreya isə üç raket atıb. Bu isə bölgədə həyəcana səbəb olub.

Papa Françisin səfər üçün Cənubi Koreyanı seçməsinin katolik kilsəsi üçün bir mənası var. Belə ki, Cənubi Koreya xristianlığın ən sürətlə yayıldığı ölkədir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm