Luqanskda şiddətli döyüşlər gedir, ölənlər var
Bizi izləyin

Dünya

Luqanskda şiddətli döyüşlər gedir, ölənlər var

Luqansk şəhərinə endirilən raket zərbələri xeyli sayda dinc insanın ölümünə səbəb olub.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu barədə Luqansk şəhər şurasından bildirilib.

“Raket atəşləri nəticəsində xeyli sayda dinc insan zərər çəkib, həlak olanlar var. Qurbanların sayı dəqiqləşdirilir”, - şəhər şurasının mətbuat xidməti qeyd edib.

“Röyters” xəbər agentliyi isə regional administrasiya nümayəndəsinə istinadən 22 dinc sakinin öldüyünü xəbər verib. Raketlər mağazalara və bir neçə yaşayış evinə düşüb.

Şəhər artıq iyirmi gündür ki, Ukrayna ordusunun tam mühasirəsindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm