Ukrayna separatçılarının lideri Bosniyada 3 min insan qətlə yetirib
Bizi izləyin

Dünya

Ukrayna separatçılarının lideri Bosniyada 3 min insan qətlə yetirib

Separatçıların ağır yaralanmış lideri İqor Qirkini təkcə ukraynalılar axtarmır.

Publika.az xəbər verir ki, bu terrorçu son 20 ildə bir neçə ölkədə qanlı izlər qoyub. İyunda jurnalistlərə müsahibə verən Qirkin Dnestryanı Respublikada və Bosniyada da vuruşduğunu demişdi.

Dnestryanı Respublika hələlik Moskvanın nəzarətindədir. Bosniyada isə Qirkin haqqında kitablar yazılır, onun nə vaxt hərbi tribunala çıxarılacağını gözləyirlər. Əlbəttə ki, ukraynalıların gülləsindən ölməsə...

Qirkin daim Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu və Çeçenistandan tutmuş Bosniyayadək hərbi xidmət keçdiyini deyib.

Amma bosniyalılar hesab edir ki, o, yalan danışır. İqor hərbi rütbəsi və hərbi təcrübəsi olmayan adi muzdludur.

Bosniyalı tarixçi Aziz Tafro yazır: “Bu adam yarıkazak hərbi birləşmələrində vuruşmuş terrorçudur. Əlinə silah alanda nəzarəti itirir. Ona görə təhlükəlidir”.

Aziz Tafronun “Rus və yunan muzdluları Bosniya müharibəsində” kitabında yazılıb ki, Qirkin Bosniyaya kazak dəstələrinin tərkibində gələndə 23 yaşı vardı. Onun dəstəsi Vışeqrad, Sarayevo, Foke, Rudi şəhərlərində etnik təmizləmələrlə məşğul olub. Yerli mətbuat Qirkini 3 min insanın ölümündə suçlu bilir.

Aziz Tafro deyir ki, Qirkin Rusiyada “provaslav terroru” təbliğ edən Eduard Limonovun ardıcıllarındandır. Təhlükəliyinə görə bu cərəyan Üsamə Bin Ladenini radikal islam hərəkatından heç də geri qalmır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm