Jirinovski: “Kiçik ölkələrin xəritədə qalma perspektivi itir”
Bizi izləyin

Dünya

Jirinovski: “Kiçik ölkələrin xəritədə qalma perspektivi itir”

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse spikeri Vladimir Jirinovski Polşa və Baltika ölkələrinin məhv edilməsi barədə verdiyi açıqlamanı şərh edib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, partiya sədri onun sözlərinin rus dilindən səhv tərcümə olunduğunu bildirib.

“Mənim sözlərimi polyak dilinə düzgün tərcümə etməyiblər. Sözlərimin mənası odur ki, böyük müharibə olacağı halda kiçik ölkələrin siyasi xəritədə qalma perspektivi itir”, - Jirinovski deyib.

O həmçinin qeyd etdi ki, böyük silahlı qarşıdurma olacağı halda birinci zərbə NATO təyyarələri və bazalarının yerləşdirildiyi ölkələrə dəyəcək. Jirinovski həmin ölkələrin Estoniya, Latviya, Litva, Polşa və Rumıniya olduğunu vurğulayıb: “Demirəm ki, həmin ölkələr siyasi xəritədə olmasın. Amma hesab edirəm ki, bu ölkələr özlərini təhlükə altına qoyurlar”.

Qeyd edək ki, V.Jirinovski “Rosiya 24” telekanalına müsahibəsində Rusiya və Ukrayna arasında müharibə olacağı halda Polşa və Baltikyanı ölkələrin məhv ediləcəyini bildirmişdi.

Dünən isə Rusiyanın Polşadakı səfiri Aleksandr Alekseyev Xarici İşlər Nazirliyinə çağırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm