“Bakı güclü olmalıdır” – cəbhədə Britaniya amili
Bizi izləyin

Dünya

“Bakı güclü olmalıdır” – cəbhədə Britaniya amili

“Yaxın Şərq və Ukrayna hadisələri Azərbaycanda Britaniya kapitalının təhlükə altında olmasına diqqəti azaltmışdı. Cəbhədəki gərginlikdən doğan mümkün müharibə təhlükəsi fonunda bu bir növ unudulmuşdu. Məhz buna görə də Qərb Putinin təşkil etdiyi Soçi görüşünü dəstəklədi”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri erməni politoloq Məlik Şahnazaryan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, regional neft-qaz resursları və onun tranzit imkanları uzun müddətdir ki, müharibənin qarşısını alan əsas amil rolunu oynayır: “Bu amili heç vaxt digər amillərə güzəştə getmirdi. Qərb ayrı-ayrı ölkələr, eləcə də ittifaq olaraq Azərbaycanla əməkdaşlıq etdiyi üçün bu ölkəni müharibə təhlükəsindən kənarda saxlayır. İki il öncə mən “Britiş Petroleum”un siyasətinin tədqiqatları ilə məşğul olan qrupla Londonda görüşdüm. Onlar regional təhlükəsizlik məsələləri ilə məşğul olurlar”.

Politoloq hesab edir ki, yaxın vaxtlarda Rusiya və Qərb arasında razılıq olacaq. “Qafqaz siyasəti yenidən gözdən keçiriləcək və təhlükəsizliyin təmin olunmasına nail olacaqlar”, - deyə o bildirib.

“Noravank” elmi araşdırma fondunun direktoru Qaqik Artunyan isə iddia edib ki, Böyük Britaniya Azərbaycana kapital yatırdığı üçün Bakının güclü olmasını istəyir: “Burada biznes maraqları olduğu üçün müharibənin olmasında maraqlı deyillər. Ona görə də hesab edirlər ki, Bakı güclü olmalıdır. Çünki Azərbaycan-Ermənistan müharibəsi olacaqsa, ilk növbədə, neft kəmərlərinin vurulacağı dəqiqdir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm