İngiltərənin SAS komandoları İraqda
Bizi izləyin

Dünya

İngiltərənin SAS komandoları İraqda

İngiltərənin SAS komandoları kəşfiyyat və xilasetmə əməliyyatları üçün Sincardadır.

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, İngiltərə qəzetləri bugünkü manşetlərində İngiltərənin terrorla mübarizədə ən böyük dayağı olan məşhur SAS komandolarının Sincar dağında kəşfiyyat məlumatları topladıqları barədə xəbər yer alıb.

“Daily Mail” “SAS qaçqınları qurtarmaq üçün Sincar dağındadır” başlığından istifadə edib. “The Times” “İngiltərə xüsusi təyinatlıları 30 min qaçqını qurtarmağa yardım edir” manşet xəbərində Sincarda çıxılmaz vəziyyətdə qalan yezidi kürdlərinin sayının 30 min olduğunu yazıb. Qəzet həmçinin rəsmi London və Vaşinqtonun riskli bir əməliyyat planlaşdıraraq bu şəxsləri xilas etmək istədiklərini yazıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm