İŞİD-ə qoşulan məşhur reper kəsik başla poza verdi
Bizi izləyin

Dünya

İŞİD-ə qoşulan məşhur reper kəsik başla poza verdi

İngiltərənin məşhur reperi Abdulməcid Abdulbari aylar əvvəl lüks həyatı tərk edərək İŞİD-ə qoşulub.

Publika.az “ulusalpost”a istinadən xəbər verir ki, o, ailəsi ilə yaşadığı bir milyon poun (təxminən 1.6 milyon manat – red) dəyərindəki lüks villanı tərk edib, valideynlərinə “Allah yolunda hər şeyi tərk edirəm və cihad edəcəm” deyə məktub yazaraq Suriyaya gedib.

A.Abdulbari evdən çıxanda isə “Allahım, mənə şəhidlik nəsib et” deyə dua edib. Bu yaxınlarda “Dail Mail” qəzeti isə Abdulməcid Abdulbarinin kəsik başla çəkdirdiyi fotonu yayımlayıb.

Bu reper son vaxtlar Avropada yayılan və radikal cihad qruplarına qoşulan avropalı müsəlmanlardan yalnız biridir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm