Xadimə çalışdığı evdən 5 kq qızıl və pul oğurladı
Bizi izləyin

Dünya

Xadimə çalışdığı evdən 5 kq qızıl və pul oğurladı

İş adamının evində xadimə işləyən qadın mənzildən oğurluq edib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə İstanbulda baş verib. Milliyyətçə fars olan Bouchra G. qızılları oğurladıqdan sonra iş adamına həyat yoldaşının və oğlunun yol qəzası keçirdiyini deyərək ölkəsinə getmək üçün icazə alıb.

İş adamı onu öz ölkəsinə yola salmaq üçün hava limanına aparıb və xərclik üçün qadına 1200 dollar pul verib. İki həftə sonra isə evin sahibi kassada olan 5 kiloqram qızılın, 130 min dollar dəyərində ləl-cəvahiratın,17 min dollarlıq “Rolex” marka qol saatının və 8 min dollar pulunun oğurlandığını görüb.

Bu barədə polisə məlumat verilib. Araşdırmalardan sonra oğurluğu həmin evdə xadimə işləyən Bouchra G-nin etdiyi müəyyən edilib.

Xadimə qadın istintaqa cəlb olunarkən bildirib ki, ailəsinin maddi imkanı yaxşı olmadığına görə bu cinayətə əl atıb.

Artıq onun barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm