“Ərdoğanın oğluna yaxınlaşanı vurun” – İDDİA
Bizi izləyin

Dünya

“Ərdoğanın oğluna yaxınlaşanı vurun” – İDDİA

CHP-çi Əli Özgündüz 28 dekabr əməliyyatları zamanı Ərdoğanın müşaviri Əfqan Alanın cangüdənlərə “Bilal Ərdoğanı yaxalamağa gəlsələr, vurun” təlimatı verdiyini iddia edib.

Publika.az xəbər verir ki, CHP-nin İstanbul millət vəkili Əli Özgündüz 25 dekabr korrupsiya əməliyyatları zamanı cangüdənlərin baş nazir R.T.Ərdoğanın oğlu Bilal Ərdoğanın məhkəmə qərarı ilə yaxalamaq istəyən polislərə silah tuşladıqlarını bildirib. Əli “O zamankı baş nazirin müşaviri, indiki daxili işlər naziri Əfqan Alanın təlimatı ilə "Bilala yaxınlaşanı vurun" deyilir və məhkəmənin qərarı yerinə yetirilmir” deyib:

“Dekabrın 25-də məhkəməyə qərarı ilə baş nazirin oğlu Bilal Ərdoğanın evində axtarış aparmaq və özünü də yaxalamaq əmri verilib. Polis onun evinə gedir, cangüdənlər gələn polislərə silah tuşlayırlar. O zamankı baş nazirin müşaviri, indiki daxili işlər naziri Əfqan Alanın təlimatı ilə “Bilala yaxınlaşanı vurun” deyilir və məhkəmənin qərarı yerinə yetirilmir. Bu nə deməkdir, bilirsinizmi? Hər hansı bir mafiya başçısının, ya da əşirət ağasının evinə məhkəmə qərarı ilə polis gedir, əşirət ağası ya da mafia lideri deyir ki, “yaxınlaşanı vurun”. Bu, lotuluqdur. Bunun başqa heç bir adı yoxdur”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm