ABŞ Rusiya sərhədinə tank diviziyası göndərir
Bizi izləyin

Dünya

ABŞ Rusiya sərhədinə tank diviziyası göndərir

ABŞ Baltikyanı ölkələrə 600 hərbi qulluqçu və ağır texnika göndərir.

Publika.az-ın “Delfi” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumatda bildirilir ki, regiona “1st Cavalry Division”un tərkibinə daxil edilməsi üçün yeni hərbi qüvvələr gətiriləcək. ABŞ-ın Şərqi Avropadakı müttəfiqlərin silahlı qüvvələri ilə birlikdə təlimlərə qatılacaq. Şərqi Avropaya göndərilən ABŞ qoşunları “M-1 Abram” tankları, döyüş maşınları və zirehli transportyorlarla gücləndiriləcək.

Qeyd edək ki, “1st Cavalry Division” zirehli tank diviziyasıdır. 1921-ci ildə Texas ştatında yaradılıb. Koreya, Vyetnam, İran, eləcə də Bosniya və Herseqovinadakı hərbi əməliyyatlarda iştirak edib. Diviziya 2013-cü ildən Maykl Billsanın komandanlığının altındadır.

“M-1 Abrams” ABŞ-ın əsas döyüş tankıdır və 1980-ci ildən istehsal olunur. 2012-ci ilə olan məlumata görə, ABŞ ordusu üçün bir tankın dəyəri 5,5-6,1 milyon ABŞ dolları təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm