Avropa kürdləri silahlandırır
Bizi izləyin

Dünya

Avropa kürdləri silahlandırır

Fransa və Böyük Britaniya hökuməti İslam döyüşçülərinə müqavimət göstərən İraqdakı kürd hərbi birləşmələrinə yeni silah satışı haqqında razılığa gəliblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Avropa mətbuatı yayıb.

Razılaşma Fransa prezidenti Fransua Ollandla Britaniya Baş naziri Devid Kameronun telefon danışığı zamanı əldə edilib.

Razılaşmaya əsasən, tərəflər gələcəkdə iki əsas istiqamətdə - mülki əhali üçün humanitar yardımın, eləcə də müqavimət göstərən qüvvələrə silah təchizatının çatdırılması barədə razılığa gəliblər

Qeyd edək ki, bundan öncə ABŞ “İslam Xilafəti” döyüşçülərinə bir neçə aviazərbə endirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm