ABŞ-da da qarşıdurma yarandı
Bizi izləyin

Dünya

ABŞ-da da qarşıdurma yarandı

Amerika Birləşmiş Ştatlarının Missuri ştatında etiraz aksiyası keçirən kütlə ilə polis arasında qarşıdurma baş verib.

ANS TV-nin məlumatına görə, etirazlara və iğtişaşlara bir neçə gün əvvəl Sent-Luis bölgəsində ağdərili polis əməkdaşının qaradərili yeniyetməni öldürməsi səbəb olub.

18 yaşlı qaradərili yeniyetmənin silahsız olmasına baxmayaraq, saxlanılarkən odlu silahla vurulması ştatda irqçiliklə bağlı problemin qızışmasına təkan verib.

Etirazçılar polisə “Molotov kokteyli” atıblar, polis isə gözyaşardıcı qazdan və qaz bombalarından istifadə edib.

İğtişaşlar zamanı 10 nəfərin həbs olunduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm