• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Putin Krımdan danışdı

  • Dünya
  • 14 Avqust 2014 20:07
  • 339 Baxış
Putin Krımdan danışdı

Rusiyanın dövlət başçısı Vladimir Putin Krımın işğalı ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Krım səfəri çərçivəsində Dumada təmsil olunan partiya liderləri ilə görüşən Putin Krımın tarixinin və dəyərlərinin Rusiya üçün birləşdirici rol oynayacağını söyləyib:

"Krım ilhaq edilmədi, bu, xalqın iradəsidir. Krımda yaşayan insanlar öz gələcəkləri haqqında qərarlarını verdilər. Hər hansı bir qeyri-qanuni fəaliyyətdən danışmaq axmaqlıqdır. Biz yalnız insanlara nə istədiyini soruşduq, bu, demokratiya deyilsə, nədir? Ittihamlar boş və əsassızdır".

Krımda rus, Ukrayna və tatar dili olmaq üzrə üç rəsmi dövlət dilinin olduğunu xatırladan Putin bu üç dilin də bərabər hüquqlara sahib olduğunu vurğulayıb.

Putin Rusiyanın hər bölgəsi üçün dövlət büdcəsindən pul ayrıldığını və Krımın da belə qiymətləndirilməsini istəyib.

Putin Rusiyaya və Krıma qarşı verilən sanksiyaların yerli istehsalın təşviq edilməsinə köməkçi olacağını da sözlərinə əlavə edib.

O, xarici investorların Rusiyada özünü güvəndə hiss etməsi üçün lazım olan bütün səylərin davam etdirilməsinin lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti dünən Krıma getmiş və Təhlükəsizlik Şurası üzvləriylə orada görüşmüşdü. Putinin səfəri çərçivəsində, Sevastopolun infrastruktur problemlərinin həll edilməsi və turizm mərkəzi halına gəlməsi üçün bəzi şirkət rəhbərliyi ilə görüşüb.

Prezidentin şəhər xəstəxanası ilə dəniz limanını da ziyarət edəcəyi gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR