Ukraynada hakimiyyət "təmizlənəcək"
Bizi izləyin

Dünya

Ukraynada hakimiyyət "təmizlənəcək"

Ukrayna Ali Radası, Krımın Rusiyaya birləşməsini dəstəkləyən şəxslərə və şirkətlərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edib.

Publika.az-ın UNİAN saytına istinadən məlumatına görə, şirkətlərin və fiziki şəxslərin çoxu Rusiya vətəndaşıdır.

Səsvermədən keçən sanksiyalar haqqında qanun prezident Petro Poroşenko tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Ali Radanın iclasında eyni zamanda “Lüstrasiya – hakimiyyətin təmizlənməsi” haqqında qanun layihəsi 252 lehinə səslə ilkin oxunuşdan qəbul olunub. Ciddi islahatları nəzərdə tutan qanunun əsas məqsədi hakimiyyətin xalq qarşısında əvvəlki etimadını qaytarmaq, Avropa standarlarına uyğun olan yeni hakimiyyət strukturu və orqanları təşkil etməkdir.

Bu arada Rusiyanın yolladığı uzun humanitar yardım karvanı şərqi Ukrayna istiqamətində hərəkət etməyə davam edir, Yük maşınları hərəkət etdiyi yol separatçıların əlində olan Luqansk vilayətinə aparır. 200-dən çox yük maşını çərşənbə axşamından bəri Rusiyanın Voronej şəhərindəki hərbi bazasına yerləşdirilmişdi. Belə ki, rəsmi Moskva Ukrayna höküməti ilə hələ ki yardımın, necə və harada təhvil verilməsi ilə bağlı ortaq məxrəcə gələ bilməyib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lisenko humanitar yüklərə görə Rusiyanın cavabdeh olduğunu bildirib.

Moskva humanitar yardımın körpə qidasından tutmuş konservləşdirilmiş ət, generator, səhra yataq torbası və s. malların daşınmasının Beynəlxalq Qırmızı Xaç komitəsi ilə uzlaşdırıldığını əmin edir.

Rəsmi Kiyev humanitar karvanın baxışdan keçirilməyəcəyi təqdirdə, ölkə ərazisinə buraxmayacağını xəbərdar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm