Ukraynada separatçılar bir şəhəri ələ keçirdilər
Bizi izləyin

Dünya

Ukraynada separatçılar bir şəhəri ələ keçirdilər

Ukrayna Milli Təhlükəsizlik Şurasının informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko bu gün keçirilən brifinqdə jurnalistlərin sualına cavab verərkən bildirib ki, terrorçular Luqansk ərazisində Pervomaysk üzərində nəzarəti geri qaytarmağı bacarıb.

Publika.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, o, həmçinin əlavə edib ki, şəhərdə mövqe döyüşləri davam edir və antiterror qüvvələri şəhər üzərində nəzarəti qaytarmaq üçün bacardığı hər şeyi edəcək.


Andrey Lısenko

"Şəhər azad edilmişdi, sonra vəziyyət elə yarandı ki, onlar əks-hücum həyata keçirdilər. Şəhər neytral qaldı. Sonra gecə telekommunikasiya xidmətlərinin mərkəzi "Ukrtelekom" tutuldu. Mərkəzin avadanlığı işləmir, əraziyə xidmətlər göstərilmir, texniki heyətə oranı tərk etmək tapşırığı verildi" – deyə Lısenko bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm