Türkiyə qırıcıları havaya qalxdı – Son dəqiqə
Bizi izləyin

Dünya

Türkiyə qırıcıları havaya qalxdı – Son dəqiqə

Suriyaya məxsus Su-24 tipli qırıcı təyyarənin Türkiyə sərhədinə yaxınlaşması səbəbindən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları havaya qalxıb.

Axar.az xəbər verir ki, Türkiyə Baş Qərargahının açıqlamasında Suriyaya məxsus təyyarənin sərhədə yaxınlaşması təsdiq olunub. Açıqlamada ordu qüvvələrinə məxsus qırıcıların havaya qalxdığı, lakin təyyranənin sərhədə 2,1 dəniz mili qalmış geri döndüyü bildirilib.

Hazırda 6 ədəd F-16 reaktivi sərhəd boyu patrul uçuşları yerinə yetirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm