Bunları yemək istəyirsinizsə, deməli xəstəsiniz
Bizi izləyin

Dünya

Bunları yemək istəyirsinizsə, deməli xəstəsiniz

Ekspertlər bildirirlər ki, insan bədəni özünə lazım olan qidaları tələb edir. Yəni yadınıza qəflətən hansısa qida düşürsə və həmin qidanı yeməkdən doymursunuzsa deməli bədəninizdə hansısa vitaminlər çatışmır. Vitaminlərin çatışmaması isə bir çox xəstəliklrə səbəb ola bilər.

Beləliklə alimlər insanın ən çox tələb etdiyi qidaya görə, bədənində hansı vitaminin əksik olduğunu və hansı xəstəliklərin olduğunu öyrənməyin mümkün olduğunu bildirirlər.

Bir jurnalda yayımlanan araşdırmanın nəticələri də bunu sübut edib.

Məlum olub ki, davamlı olaraq şokolad yemək istəyən insanın bədənində maqnezium çatışmazlığı olur. Bu isə bir sıra dəri və saç problemlərinə səbəb ola bilər. Maqnezium əksikliyini şokoladla tamamlamaq isə artıq çəkiyə gətirib çıxarır. Ona görə də tərkibində maqnezium olan başqa qidalardan istifadə etmək məsləhət görülür.

Əgər çörək yeməkdən doymursanız, bilin ki, sizdə aminoasit adlı maddə çatışmır. Buna görə də həkimə müraciət edib bu problem həll etməlisiniz.

Ən sevimli qidaları pendir olanlar da diqqətli olmalıdırlar. Belə ki, bədənin pendir tələb etməsi kalsium çatışmazlığının nəticəsidir. Kalsiumun əksik olması bədəndə bir çox fəsadlara səbəb olur. Ən başda da uşaqlar böyümə və inkişafdan qalır, orta yaşlı qadınlarda isə sümük əriməsi müşahidə olunur. Bu narahatçılıqla üzləşməmək üçün pendirin daha az yağlı olan növlərindən və digər ağartı məhsullarından istifadə edə bilərsiniz.

Ürəyi şəkərli qidalar istəyən insanlarda xrom çatışmazlığı olur. Xrom əksikliyi də bir çox problemlərə səbəb ola bilər. Tərkibində xrom olan digər qidalardan istifadə edərək şəkərdən uzaq dura bilərsiniz. Əks halda həm kökələ, həm də artıq şəkərin səbəb olduğu digər xəstəliklərlə üzləşməli olacaqsınız.

Qırmızı ət və ya duzlu qidalar tez-tez yadınıza düşürsə, deməli sizdə dəmir əksikliyi var. Tərkibində bol miqdarda dəmir olan alma kimi meyvələrdən istifadə edə bilərsiniz. Ancaq hazır məhsullardan uzaq durun. Duzlu qidaları tələb etməyin bir digər səbəbi də bədənin enerjisinin azalmasıdır. Həddinfən artıq yorğunluq buna səbəb ola bilər. Bu zaman 1 stəkan su içərək bədənin yorğunluğunu aradan qaldıra bilərsiniz.

Ürəyiniz ədviyyatlı və istiotlu yeməklər tələb edirsə, deməli susamısınız.

Orqanizmə zərərli olan yeməkləri yemək əvəzinə yenə su içərək bu problem aradan qaldırmaq mümkündür.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm