13 terrorçu 7 uşaqla birlikdə təslim oldu
Bizi izləyin

Dünya

13 terrorçu 7 uşaqla birlikdə təslim oldu

Bu gün 13 terrorçu 7 uşaqla birlikdə Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.

Publika.az-ın haber7.com saytına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

“Separatçı terror təşkilatının dördü qadın olmaqla 13 üzvü 7 uşaqla birlikdə təslim olub”, - məlumatda deyilir. “Separatçı terror təşkilatı”nın isə adı açıqlanmayıb. Ehtimal etmək olar ki, bu təşkilat PKK-dır.

Baş Qərargah daha əvvəl Vanda bir terrorçunun silahsız təslim olduğunu xəbər vermişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm