Ukraynada Rusiya aviaşirkətləri üçün xüsusi rejim
Bizi izləyin

Dünya

Ukraynada Rusiya aviaşirkətləri üçün xüsusi rejim

Ukrayna Rusiya aviaşirkətlərinin təyyarələri üçün xüsusi uçuş rejimi tətbiq edir.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya təyyarələri Ukraynanın hava məkanını keçə biləcək, amma hər reys üçün Dövlət Sərhəd Xidmətindən xüsusi icazənin alınması tələb olunacaq.

Xüsusi rejim “Transaero” və “Aeroflot” aviaşirkətləri üçün tətbiq ediləcək. Bu aviaşirkətlərin təyyarələri Ukrayna üzərindən Bolqarıstan, İsrail, Türkiyə, Misir və Yunanıstana uçuşlar həyata keçirir.

Ukrayna Aviasiya Xidmətindən bildirilir ki, bu rejim aviasiya təhlükəsizliyini kifayət qədər təmin etməyə imkan verəcək. Məlumatda Ukraynanın şərqindəki antiterror əməliyyatları aparılan ərazinin hava məkanının tamamilə bağlı olduğu xatırlanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm