"DXR”in rusiyalı “müdafiə naziri” əvəzləndi – Ağır yaralı idi
Bizi izləyin

Dünya

"DXR”in rusiyalı “müdafiə naziri” əvəzləndi – Ağır yaralı idi

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, Ukraynada diversiya əməliyyatlarına rəhbərlik edən qondarma “Donetsk Xalq Respublikası”nın (“DXR”)“müdafiə naziri” İqor Strelkov istefa verib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə onun “DXR”in mətbuat mərkəsi bildirib.

İ.Strelkovun yerinə Vladimir Kononov təyin edilib. “Donetsk Nazirlər Şurası”nın rəhbəri Aleksandr Zaxarçenko rus zabitinin başqa “əhəmiyyətli işləri” yerinə yetirəcəyini bildirib.

Qeyd edək ki, İ.Strelkov özünü “Donetsk Xalq Respublikası”nın “Ali Baş Komandanı” elan etmişdi. Onun ilk “qərarı” isə Rusiyadan hərbi yardım barədə müraciəti olub.

Xatırladaq ki, dünən İ.Strelkovun ağır yaralanması barədə xəbər yayılıb. “İstefa” barədə xəbərin yayılması isə xəbərin doğru olduğunu deməyə əsas verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm