CXP-də inqilab: Kılıcdaroğlu təslim oldu
Bizi izləyin

Dünya

CXP-də inqilab: Kılıcdaroğlu təslim oldu

Türkiyə Cümhuriyyət Xalq Partiyası (CXP) növbədənkənar qurultay keçirəcək.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə CXP sədri Kamal Kılıçdaroğlu bildirib.

“Partiya Məclisi qurultayı bir il təxirə salmışdı. Amma biz qurultayı keçirəcəyik. Kimsə narahat olmasın. Qısa müddət ərzində növbədənkənar qurultay tarixi açıqlanacaq”, - CXP sədri deyib.

K.Kılıcdaroğlu CXP sədrliyinə özündən başqa digər namizədlərin də olacağını istisna etməyib.
Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə nəticələnən prezident seçkilərindən sonra bir qrup CXP-li millət vəkili partiyada növbədənkənar qurultayın keçirilməsi çağırışı edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm