Kliçkodan Ukrayna ordusuna dəstək
Bizi izləyin

Dünya

Kliçkodan Ukrayna ordusuna dəstək

Bolqar Kubrat Pulevə qarşı döyüşə hazırlaşan boks üzrə dünya çempionu Vladimir Kliçko Ukrayna ordusuna dəstəyini əsirgəmir.

ANS PRESS-in məlumatına görə, ukraynalı “dəri əlcək” sahibi orduya dəstək məqsədi ilə xeyriyyə aksiyasında iştirak edəcək.

Ukraynalı boksçu hərraca şəxsi əlcəklərini qoyub.

Əlcəklərin hər birinə kiçik Kliçko öz avtoqrafını qoyub və son məşqlərini keçirib.

Əlcəklərə start qiyməti - 5 min qrivna ($381) qoyulub.

Satışdan qazanılacaq vəsait Ukrayna ordusuna göndəriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm