Türkiyənin yeni baş naziri kim olacaq?
Bizi izləyin

Dünya

Türkiyənin yeni baş naziri kim olacaq?

10 avqust prezident seckilərindən Türkiyə Mərkəzi Seçki Komisiyası tərəfindən rəsmi açıqlama olmasa da ilkin nəticələrə görə, Rəcəb Tayyib Ərdogan 52 faiz səslə Türkiyənin 12-ci prezidenti seçilib.

ANS TV-nin məlumatına görə, rəsmi açıqlamanın isə artıq sabah veriləcəyi gözlənilir. Ərdogan isə seçkilərdən sonra ilk dəfə - bu gün Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi iclasında çıxış etdi.

Ərdogan prezident seçildiyi üçün həm Ədalət və İnkişaf Partiyasının sədrliyi, həm də Baş nazirlik vəzifəsini 27 avqust tarixindən bitirmiş olacaq. Ədalət və İnkişaf Partiyasından verilən məlumata görə, Ərdogan elə həmin gün partiya mənsubları ilə birlikdə yeni baş nazirin və partiyanın yeni sədrinin kim olacağını açıqlayacaq.

Bununla da partiyanın kulislərindən bir çox adlar səslənir. Türkiyənin yeni baş nazirinin hazırkı xarici işlər naziri Əhməd Davudoglu, keçmiş nəqliyyat naziri Binali Yıldırım, prezident Abdulla Gül, Əmrullah İşlerin şanslarının böyük olduğu görünür. Lakin qanunlara əsasən bu vəzifələrin yeni sahibi isə ilk növbədə millət vəkili olmalıdır. Məhs elə ona görə də, Abdulla Gülün hələ ki, baş nazir olması mümkünsüz görünür.

Bəzi ekspertlərin fikrincə, 27 avqustda müvəqqəti baş nazir təyin olunacaq, oktyabr və ya noyabr aylarında erkən seçim olacaq və Abdulla Gül yeni baş nazir təyin olunacaq.

Xatırladaq ki, Abdullah Gül 28 avqust tarixində öz vəzifəsini bitirəcək və Ankaranın məhşur Cankaya köşkündə prezidentlik postunu Bas nazir Ərdogana təhvil verəcək. Və hazırkı Baş nazir Ərdogan 28 avqust tarixindən Türkiyənin yeni prezidenti kimi siyasi həyatına start verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm