• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Narışkini İsveçrəyə buraxmadılar

  • Dünya
  • 14 Avqust 2014 23:49
  • 384 Baxış
Narışkini İsveçrəyə buraxmadılar

İsveçrə parlamenti Rusiya Dövlət Duması rəhbərinin səfərini ləğv edib.

ANS PRESS-in məlumatına görə, İsveçrənin qanunverici orqanının yaydığı məlumatda bu qərarın “hazırkı siyasi vəziyyətlə” bağlı olduğu bildirilir.

İsveçrə parlamenti Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin sentyabrın 23-24-nə planlaşdırılan rəsmi səfərini ləğv edib.

Narışkin 23-24 sentyabrda iki ölkənin arasında diplomatik münasibətlərin qurulmasının 200 illik yubileyinin bayram edilməsinə İsveçrəyə dəvət edilmişdi.

Narışkinin adı Avropaya və ABŞ-a girişi qadağan edilən Rusiya məmurlarının siyahısına daxil edilib. Bununla belə, apreldə Narışkin SSRİ-nin və Birinci dünya müharibəsinin 60-illiyi münasibəti ilə YUNESKO-un dəvəti ilə Parisdə olub.

Bundan başqa, o, sentyabr ayında Paris şəhərində keçiriləcək Avropanın Məsləhət Şurasının Parlament Məclisinin Prezident komitəsinin iclasında iştirak etməyə dəvət alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR