Türkiyə müxalifətində istefalar başladı – Foto
Bizi izləyin

Dünya

Türkiyə müxalifətində istefalar başladı – Foto

Türkiyədə CHP-nin əsas simalarından sayılan Məhərrəm İncə istefa verib.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili özünün Tvitter hesabında yazıb. Prezident seçkilərində Ərdoğana uduzan CHP lideri Kamal kılıçdaroğlunun qurultay xəbərini eşidən millət vəkili bunları qeyd edib:

“Hörmətli partiya rəhbəri qurultayı toplayacağını açıqladı, mən də partiya idarə heyəti üzvlüyündən ən qısa zamanda istefa verəcəyimi deyirəm. Qurultayımız gənclərimizə, uşaqlarımıza, gələcəyimizə ümid olsun”.

Xatırladaq ki, Məhərrəm İncə 2011-ci ildə CHP-dən millət vəkili seçilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm