• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sarkisyan işdə və məzuniyyətdə: Erməni ekspert fərqi açıqladı

  • Dünya
  • 15 Avqust 2014 00:27
  • 683 Baxış
Sarkisyan işdə və məzuniyyətdə: Erməni ekspert fərqi açıqladı

“Serj Sarkisyanın Rəcəb Tayyib Ərdoğana yazdığı təbrik məktubunu şərh edəndə belə bir hiss yaranır ki, Ermənistan prezidentinin şəxsiyyətində parçalanma başlayıb”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri erməni ekspert Ovannes Mandakuni Serj Sarkisyanın prezident seçilməsi ilə Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik məktubunu şərh edərkən deyib.

“Məsələ ondadır ki, Sarkisyan “əgər Ərdoğan erməni olsaydı, özümü təhqir edilmiş hiss edərdim” deyirdi. Sarkisyan məktubu ilə Ərdoğanın ermənilərə etdiyi təhqirə cavab verirdi. Əgər bu şəxsiyyətin parçalanması deyilsə, o halda bu siyasətin adı nədir? İşdə olan Serj Sarkisyan Ərdoğanı təhqir edir, məzuniyyətdə olan Serj Sarkisyan isə Ərdoğanı təbrik edir. Fərq çox böyükdür. Sarkisyanın işə qayıtmasını gözləmək lazımdır ki, Ərdoğana daha nə deyəcəyini eşidək” - deyə, erməni eksperti bildirib.

O, qeyd edib ki, Ərdoğana ünvanlanan təbrik məktubu Ermənistanın perspektivsiz dövlət siyasətini bir daha göstərmiş oldu.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR