Ukrayna ordusu irəliləyir (FOTO)
Bizi izləyin

Dünya

Ukrayna ordusu irəliləyir (FOTO)

Ukrayna hərbçiləri Luqanskı mühasirəyə almağı, Donetsk və Luqansk əraziləri arasında avtomobil yollarını tamamilə kəsməyi bacarıb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu haqda Facebook səhifəsində Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak yazıb.

"Anti terror qüvvələri Luqanskı mühasirəyə aldı. Donetsk və Luqansk ərazilərində separatçıların arasında avtomobil kommunikasiyalarının imkanını praktiki olaraq tamamilə kəsdi. Donetskin rayonlarında - Luqansk, Qorlovka, İlovaysk, Krasnıy Luç, Leninski və Uspenkidə sərt mövqe döyüşləri davam edir", - deyə Şkiryak bildirib.

Həmçinin o qeyd edib ki, Anti terror qüvvələri artıq Qorlovkanın kənarında, xüsusən Ozeryanovkedə dayanmağa çalışır.

Zoryan Şkiryakın xəbərinə görə Anti terror qüvvələri Kondratevka da serapatçıların mini qərargahlarından birini məhv ediblər.

"Milli qvardiyanın xüsusi bölmələri yaxın vaxtlarda azad edilmiş Uqleqorsk və Qorski şəhərlərinin ətrafındakı ərazilərin təmizləməsini davam etdirir. Luqanskda Milli qvardiyanın yeni blokpostları qurulur", - deyə Şkiryak əlavə edib.

"Hücum davam edir. Separatçılar qaçırlar və könüllü təslim olurlar. Düşmən məhv ediləcək", - deyə Şkiryak yekunlaşdırıb.


Zoryan Şkiryak

Oxumağa davam et
Reklam
Reklam

Gündəm