Donetsk atəş altında: 15 ölü (VİDEO)
Bizi izləyin

Dünya

Donetsk atəş altında: 15 ölü (VİDEO)

Rusiyanın qalmaqallı yardım karvanı barədə mübahisələr intensivləşərkən Ukraynada, üsyançıların idarə etdiyi Donestk şəhərində artilleriya atəşi davam edib.

Publika.az-ın "BBC"yə istinadən məlumatına görə, ən azı 260 yük maşınından ibarət olan karvan sərhədə doğru irəliləyəndən sonra dayanıb və hazırda tərpənmir. Onun son təyinatı barədə mübahisələr davam edir. Cümə axşamı yük maşınları sərhəddən bir neçə kilometr aralıqmarşurutunu qeyri müəyyən vaxta dayandırıb.

Donetskdə evakuasiya xəbərdarlığı səslənəndən sonra şəhərin mərkəzində işləyən adamlar ofislərindən kütləvi şəkildə çıxıb. Ən azı bir adam həlak olub. Artıq bir neçə həftədir ki, Ukrayna əsgərləri ilə rusiyapərəst üsyançılar arasındakı döyüşlər Donetski əhatə edir.

Rəsmi Kiyev ölkəyə daxil olmadan karvanın beynəlxalq müşahidəçilər tərəfindən yoxlanılmasını tələb edir.

Rusiya yardım adıyla separatçılara hərbi ləvazimatın göndərilməsi barədə iddiaları "absurd" adlandırıb.

Son günlər ərzində Ukraynanın şərqində döyüşlər şiddətlənib. Rusiya KİV Zuqres qəsəbəsində 3-ü uşaq 15 mülki şəxsin həyatını itirdiyi barədə məlumat yayıb.

BMT-nin məlumatına görə, aprel ayında başlayan döyüşlərdə 2098 adam öldürülüb, onların yarısı isə son iki həftə ərzində həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm