Dünyanın ən böyük kitabı açılacaq - Foto
Bizi izləyin

Dünya

Dünyanın ən böyük kitabı açılacaq - Foto

Dünyanın bu günədək nəşr edilmiş ən böyük kitabı oxumaq üçün açılacaq.

Axar.az xəbər verir ki, bu kitab Bolqariyanın muzey-qoruğunun mərkəzi zalında saxlanılam Qurandır. 2011-ci ildə Ginnesin Rekordlar kitabına düşən bu nadir nüsxə əvvəlcə, 21 may 2012-ci ilədək Kazandakı Qul Şərif məscidində saxlanılırdı.

Kitab “Belıy qorod” (Rusiya) nəşriyyatı və Vatikan mətbəəsinin birgə layihəsidir, Tatarıstan tarix və mədəniyyət abidələrinin yenilənməsi Respublika fondunun sifarişi əsasında hazırlanıb. Dünyadakı ən böyük Quranın kütləsi - 800 kq, qalınlığı – 25, eni – 1,5 sm, hündürlüyü isə - 2 metrdir. Planetin nəşr olunmuş ən böyük kitabının 632 səhifəsindən hər biri 250 qr-dır. Mətn metal torla möhkəmləndirilmiş Şotlandiya istehsallı kağız üzərində xalis qızılla basılıb. Üz qabığının bəzədilməsində gümüş, firuzə, yəşəm daşı, topaz, avantürin (kvarsın bir növü – red.), malaxit lövhələrdən istifadə olunub. Qiymətli daşların ümumi çəkisi 300 kq-dır.

Vatikan mətbəəsinin baş direktoru N.Brataşevetsin sözlərinə görə, kitab hazırda düzgün vəziyyətdə saxlanılmır, bu isə onun keyfiyyətinə zərər gətirə bilər. “Belıy qorod” nəşriyyatının baş direktoru K.Çeçenev isə söz verib ki, yaxın günlərdə kitabı oxumaq üçün açacaqlar və bunun üçün xüsusi postament də hazırlanacaq. Qeyd edək ki, kitabın səhifələrini çevirərkən ona ziyan vurmamaq üçün bir-birindən müəyyən məsafədə dayanmış 4-6 nəfər eyni zamanda hərəkət etməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm