Polis qanuni oğrudan Dağıstanı tərk etməyi tələb etdi
Bizi izləyin

Dünya

Polis qanuni oğrudan Dağıstanı tərk etməyi tələb etdi

Mahaçqalada tanınmış qanuni oğru Şamil Maqomedov saxlanılıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hüquq mühafizə orqanları Şamil Smolyanski ləqəbli bu kriminal avtoriteti çoxdandır ki, saxlamağa cəhd edirdilər.

Belə ki, iyunun sonlarında Şamil Maqomedov digər qanuni oğru Roland Qeqeçkori ilə birgə oğru “sxodkası” (toplantı) keçirməyə çalışmışdı. Polis “sxodka”nı dağıtsa da, Şamil aradan çıxa bilmişdi.

Bu dəfə isə o, Mahaçqaladakı “Olimp” restoranından çıxarkən polis tərəfindən saxlanılıb. Onun üzərindən trafmatik “TT-lider” tapançası tapılıb. Silahın gəzdirilmə icazəsi olmayıb.

Poliş şöbəsində qanuni oğru ilə profilaktik söhbət aparılıb. Ondan respublikanı tərk etmək tələb olunub. Daha sonra Maqomedov azad edilib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm