Ərdoğan parlamenti buraxdı
Bizi izləyin

Dünya

Ərdoğan parlamenti buraxdı

Türkiyə baş naziri, prezident seçkilərinin qalibi Rəcəb Tayyib Ərdoğan gözlənilmədən Türkiyə Böyük Millət Məslisini (TBMM) tətilə buraxdığını açıqlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ərdoğan TBMM-nin avqustun 28-dən sonra işinə başlayacağını bildirib.

“Avqustun 11-dən etibarən bu ölkədə müxalifətin məğlubiyyətindən danışılması gözlənilirdi. Amma bəziləri yalnız AKP-nin gələcəyinin müzakirə edilməsini istədi və bunun üçün səy göstərirlər. Bu tələyə düşənlər də var. Yoldaşlar, bu tələyə düşməyək. Onun üçün də biz ayın 28-ə qədər parlament iclaslarına fasilə verilməsini istədik”, - Ərdoğan bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm