Dünya
Ərdoğan planlarını açıqladı: ilk səfəri Azərbaycana edəcək
Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin 13-cü
ildönümü münasibətilə keçirilən mərasimdə jurnalistlərin suallarını
cavablandırıb.
Publika.az xəbər verir ki, “Baş nazir kim olacaq?”
sualına cavabında Ərdoğan bildirib ki, bu barədə partiya olaraq
qərar verəcəklər: “Ayın 28-də olmaya bilər, amma 29-da bunu edərik.
İndi nəsib olsa, şənbə günü MYK-da toplanacağıq və orda bu məsələni
yenə gündəmə gətirəcəyik. Partiyamızın bütün qurumlarının ortaq
qərarı ilə bunu açıqlayacağıq”.
Türkiyə prezidenti ilk dövlət səfərini Azərbaycan və Şimali Kipr
Türk Cümhuriyyətinə edəcəyini bildirib.
O, CHP və MHP ilə münasibətlərə də aydınlıq gətirib. Bildirib ki,
yeni Türkiyəyə yeni müxalifət lazımdır: “Amma adət etdiyimiz kimi
deyil, yeni qurulan, fərqli müxalifət olmalıdır. Bu baş verərsə,
Türkiyə qazanar, eyni zamanda, özləri də qazanar. Bunu açıq və
konkret olaraq ortaya qoymağımız lazımdır”.
Ərdoğan MHP sədri Dövlət Baxçalını tənqid edərək “o heç niyyətli
deyil” deyə bildirib: “O, 16-17 ildir ki, getməyə heç niyyətli
deyil. Onların niyyətli olmadığı yerdə gərək partiya mənsubları
hərəkətə keçsin. Hazırkı durumdan belə çıxır ki, partiya mənsubları
da bundan razıdır, topladıqları səs və əldə etdikləri "uğur" onları
qane edir”.
Daha sonra CHP-ni tənqid atəşinə tutan Ərdoğan 2015-ci il parlament
seçkiləri ilə bağlı mesajlar verib: “2015-ə yaxşı hazırlanmağımız
lazımdır. AKP Türkiyənin gülən üzü, sığortasıdır”.
Yeni prezident Türkiyənin öz avtomobilini istehsal edəcəyini
bildirib.
“2023-cü ilə uğurla, çox fərqli bir Türkiyə ilə girməyimiz
lazımdır. İstər milli hasilatla, istər xarici borcun ödənməsi,
ixracat və digər sahələrdəki uğurlarla getməliyik. Müdafiə sənayesi
uğurla inkişaf edir. Bir şeyi qeyd etmək istəyirəm - öz
avtomobilimizi istehsal edəcəyik. Hazırda pilotsuz təyyarəni
istehsal edirik, inşallah, öz təyyarələrimizi də özümüz istehsal
edəcəyik”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər