“Körpələrini qanla bəsləyirlər” – İŞİD dəhşət saçır
Bizi izləyin

Dünya

“Körpələrini qanla bəsləyirlər” – İŞİD dəhşət saçır

“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatından qaçaraq Sincar dağına sığınan minlərlə yezidi kürdü həyatda qalmaq uğrunda mübarizə aparır.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, aclıq və susuzluqla mübarizə aparan yezidi ana-atalar həyatda qalması üçün əllərini kəsib, qanlarını uşaqlarına içirirlər.

Gənc qızların isə İŞİD təcavüzündən xilas olması üçün intiharı seçdiyi bildirilir.

İŞİD-in hücumlarından qaçan yezidilər arasındakı körpələrdən biri olan Cennat İraqın Sincar bölgəsində yaşayırdı. Hələ 55 günlükdür. Anası quru çörəyə belə möhtac olduğunu bildirir. Sincar dağında yaşlı olduğu üçün hərəkət edə bilməyən bir qadının İŞİD-in əlinə keçməməsi üçün oğlundan onu öldürməsini istədiyi, oğlunun da bu istəyi yerinə yetirdiyi deyilir.

İraq sərhədləri daxilində yezidilər və türkmanlar üçün iki düşərgə qurulacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm