İraqa qanlı terror: 1013 ölü
Bizi izləyin

Dünya

İraqa qanlı terror: 1013 ölü

İraqda yanvar ayı ərzində terror aktları və silahlı hücumlar nəticəsində 1013 nəfər ölüb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

İraqda yanvar ayı ərzində terror aktları və silahlı hücumlar nəticəsində 1013 nəfər ölüb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"Frans Press" agentliyinin yerli hakimiyyətə istinadən verdiyi məlumata əsasən, yanvar ayında silahlı döyüşçülərin iştirakı ilə çoxsaylı zorakılıq faktları nəticəsində 122 hərbi qulluqçu, hüquq mühafizə orqanlarının 96 əməkdaşı və 795 mülki vətəndaş həlak olub.

İraqın Səhiyyə, Daxili İşlər və Müdafiə nazirliklərinin rəsmi məlumatına görə, ötən ay 2 mindən çox şəxs yaralanıb. Belə ki, terror aktları və hücumlar nəticəsində 1633 mülki vətəndaş, 238 hərbi qulluqçu və 153 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Hakimiyyət bəyan edir ki, yanvar ayında 2008-ci ilin aprel ayından (1073 ölü) bu yana zorakılığın ən yüksək səviyyəsi qeydə alınıb. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm