Ukraynada hakimiyyəti ələ keçirməyə cəhdlə bağlı cinayət işi açılıb
Bizi izləyin

Dünya

Ukraynada hakimiyyəti ələ keçirməyə cəhdlə bağlı cinayət işi açılıb

Müxalif "Batkivşina" partiyasının ofisində aparılmış axtarışlar zamanı partiyanın serverindən müsadirə edilmiş materialların araşdırılmasından sonra dövlət hakimiyyətini ələ keçirməyə cəhdlə bağlı cinayət işi açılıb.

Bunu Ukrayna Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin rəisi Maksim Lenko jurnalistlərə deyib.

O, qeyd edib ki, əldə olunmuş materiallara əsasən, kütləvi iğtişaşlar zamanı etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiq edilməsi böyük rezonansa səbəb olmalı, hökumətin və prezidentin nüfuzunu sarsıtmalı idi".

M.Lenkonun sözlərinə görə, istintaq iki ay davam etməlidir.

Qeyd edək ki, "Batkivşina" partiyasının Kiyev ofisində axtarışlar ötən il dekabrın 9-da aparılıb.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm